İngiltərənin nüfuzlu azərbaycanlı atom alimi dünyasını dəyişdi

İngiltərənin nüfuzlu azərbaycanlı atom alimi dünyasını dəyişdi
12:39 13 Mart 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Uzun illərdir ki, İngiltərədə yaşayan əslən Təbrizdən olan atom alimi Fəraməz Əkbərian dünyasını dəyişib. O, doğulduğu Təbriz şəhərində dəfn olunub. 
Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
 
Fəraməz Əkbərian uzun illər İngiltərənin atom sənayesinin inkişafında elmi-tədqiqatalar aparan alimlərdən olub.  10 ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi. O, elmi fəaliyyəti ilə yanaşı, milli düşüncələri ilə tanınırdı. Həmişə İngiltərədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi.
 
Alimin həyat yoldaşı, İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova İngiltərədə Azəraycan diaspor fəaliyyətində və Ermənistan səfirliyi qarşısında keçirilən aksiyalarda  fəallığı ilə seçilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR