13:15
Bakıda intihara cəhd olub.
Milli.Az-ın ONA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb. "Binə" körpüsünə çıxan 35-40 yaşlarında kişi özünü atmaq istəyib. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib.
İntihara cəhdin qarşısı alınıb.
İlkin məlumata görə, vətəndaş avtomobilinin cərimə meydançasına aparılmasına etiraz olaraq bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.
----------
12:29
Bakının Xəzər rayonunda Binə körpüsündə 30-35 yaşlı kişi intihar etmək istəyir.
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər cəlb ediliblər.
İntihara cəhd edən şəxsi fikrindən daşındırmağa çalışırlar.
Milli.Az