"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Stiven Biqan bu gün BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri ilə görüş üçün Nyu-Yorka baş çəkəcək.
"Xüsusi nümayəndə Biqan ABŞ-ın bu yaxınlarda Hanoyda keçirilmiş ABŞ-KXDR sammitini və BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi ilə bağlı müvafiq qətnamələrinin tam icrasının təminatı üzrə səyləri müzakirə edəcək", - deyə xəbərdə bildirilir.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən görüşün gedişatında ikitərəfli əlaqələrin müzakirəsini davam etdirməyi razılaşdırıblar.