“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı İraqın təhlükəsizlik orqanları məlumat yayıb.
Bildirilir ki, qruplaşma Vadi Əbu Xanacir rayonundan bir neçə on km məsafədə yerləşən Kərkük şəhərində fəaliyyət göstərib.
Dəstə üzvləri hədəfləri mülki obyektlər olan terror aktlarının hazırlanması ilə məşğul olublar.
Əməliyyat zamanı partlayıcı qurğulara qoşulmuş 20 telefonun olduğu çanta aşkar edilib.