Simsiz qulaqcıqlar xərçəng riskini artırır – Alİmlərdən XƏBƏRDARLIQ

Simsiz qulaqcıqlar xərçəng riskini artırır – Alİmlərdən XƏBƏRDARLIQ
22:49 15 Mart 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Simsiz qulaqcıqlar bir çox problemlərə səbəb olur.
 
40-dan çox ölkədən olan 250 alim, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə simsiz qulaqcıqların yaydığı radiasiyanın təhlükələrə yol açması ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıblar.
 
Müraciətdə AirPod və digər simsiz texnologiyalardan yayılan radiasiyanın təhlükələri barədə narahatlıq ifadə olunub.
 
“Daily Mail” qəzetinin yazdığına görə, bu texnologiyaların potensial təhlükələrindən bəhs edən alimlər onların sağlamlıq problemlərinə səbəb olduğunu vurğulayıblar.
 
Qeyd olunub ki, bir çox məşhur brendlərin istehsal etdiyi simsiz qulaqcıqlar beyin və daxili qulaqda xərçəng riskini artırır.
 
Elm adamları siçanlar üzərində aparılan təcrübələr zamanı radiasiyanın nevroloji və genetik xəstəliklərə səbəb olduğunu da bəyan ediblər.
 
 
 
e-tibb.az

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR