Dünyanın ən bahalı göyərçini hərraca çıxarılaraq

Belçikada təşkil olunan hərracda 1 milyon 252 min avroya dünyanın ən bahalı göyərçini satılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, uzun məsafə yarışmalarında çempion olan 5 yaşlı poçt göyərçini bir çinli tərəfindən alınıb. İnternetdən aparılan hərracda satılan Armado adlı erkək göyərçinin yeni sahibi onu yarışdırmayacağını, damızlıq olaraq istifadə edəcəyini bildirib.

Belçikada 2017-ci ildə keçirilən hərracda bir poçt göyərçini 400 min avroya satılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR