Xristian futbolçu müsəlmanlara dəstək oldu - VİDEO

Xristian futbolçu müsəlmanlara dəstək oldu - VİDEO
16:47 18 Mart 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Yeni Zellandiya millisinin yunan əsilli futbolçusu Kosta Barbaruses tədqirəlayiq addım atıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Avstraliyanın "Melburn Viktori" klubunda çıxış edən xristian futbolçu "Brisbane" ilə oyunda vurduğu qoldan sonra səcdə edərək Yeni Zellandiyada məsciddə baş vermiş terror aktı zamanı həlak olan müsəlmanların xatirəsinə hörmətini nümayiş etdirib.

Kosta Barbaruses "Instagram"dan etdiyi paylaşımda "Bütün dualarım terror aktında həyatını itirənlər və onların sevdikləri ilə birlikdədir. Bu tariximizdə ən üzücü gündür" yazıb. 

Bundan başqa qarşılaşmadan əvvəl terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qeyd edək ki, ötən həftə Yeni Zellandiyada iki məscidə silahla hücum edən terrorçu 50 nəfəri öldürüb, 46 nəfəri yaralayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xristian futbolçu müsəlmanlara dəstək oldu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/739993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR