Nəsrinin incəbelliyinin sirri - 7-dən sonra yemək yemir - FOTO

Nəsrinin incəbelliyinin sirri - 7-dən sonra yemək yemir - FOTO
17:05 18 Mart 2019
84 Şou
Ölkə mətbuatı
A- A+

Türk mediası azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin formada qalmasının sirrini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazılan məqalədə onun gündə, sadəcə, iki dəfə yemək yediyi söylənilib. Bildirilir ki, Nəsrin üçün qidalar anasının yaşadığı Datça adlı ərazidən gətirilir.

Səhəri günə iki qaynadılmış yumurta və xiyarla başlayan Cavadzadə içki olaraq isə qəhvəni seçir.

Axşam 19:00-dan sonra yemək yemədiyini deyən Nəsrin "Kənd məhsullarından istifadə edirəm, buraya zeytun yağında bişirilmiş yeməklər və dəniz məhsulları da daxildir" söyləyib.

Qeyd edək ki, Cavadzadə çəkilişlər olduğu günlər də daxil olmaqla, həftədə 5 dəfə idmana gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/739916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR