Dünyanın ən əzələli meymunu aşkarlandı - VİDEO - FOTO

Dünyanın ən əzələli meymunu aşkarlandı - VİDEO - FOTO
18:37 18 Mart 2019
Ölkə mətbuatı
A- A+

Finlandiyanın paytaxtı Helsinkidəki "Korkeasaari Zoo" zooparkında dünyanın ən əzələli meymunu var.

Milli.Az Fox News-a istinadən bildirir ki, fotoqraf Santeri Oksanen ağ saki cinsindən olan bu meymunun fotolarını çəkib.

"Bu meymunun əzələlərini görəndə heyrətə gəldim. Onun yanında başqa primatlar cırtdan təsiri bağışlayırdılar. Üstəlik, onlar bu əzələli meymundan qorxurdular", - S.Oksanen deyib.

Ağ saki meymunları Cənubi Amerikada, xüsusilə də Braziliya, Venesuela və Qayanada yayılıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən əzələli meymunu aşkarlandı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR