Bakı, 4 may, AZƏRTAC
Portuqaliyanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Maria Joao Lopes-Cordaso bununla əlaqədar Xarici İşlər Nazirliyində qəbul edilib.