"Daha məni qadın donları və obrazları maraqlandırmır" - Konçita indi də geri dəyişir

"Daha məni qadın donları və obrazları maraqlandırmır" - Konçita indi də geri dəyişir
19:57 22 Mart 2019
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstriyanın məşhur müğənnisi, "Avroviziyon - 2014"-ün qalibi Tomas Noyvirit artıq Konçita Vurst obrazında olmayacaq.

Milli.Az Musavat.com-a istinadən bildirir ki, artıq qadın eqosundan əl çəkib və onu daha qadın donları və obrazları maraqlandırmır:

"Mən "Avroviziyon" yarışmasını və onunla bağlı hər şeyi sevirəm. Bu yarışmadan sonra Konçitanın böyük imkanlara malik olduğunu anladım. Hazırda özümə yeni səhifə açıram. Əgər səhnəyə qadın obrazında, qızılı donda çıxırdımsa, hazırda saqqallı, uzunboğaz çəkmədə olan gənc oğlanam". Müğənninin sözlərinə özünü kişi obrazında daha rahat və komfortlu hiss edir:
"Əminəm ki, bu obrazımda küçədə heç kəs məni tanımaz".

Xatırladaq ki, ötən il Tomas açıqlama verərkən bildirmişdi ki, artıq Konçitanı "öldürməyə" hazırlaşır və bu haqda öz "İnstagram" səhufəsində də status paylaşmışdı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR