Ermənistanda döyülən əsgərlər

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsinin birində 20-dək əsgər zabitlərin onlarla pis rəftarı və döyülməsinə görə qiyam edərək hərbi hissəni tərk ediblər.

Metbuat.az Azvision-a istinadən xəbər verir ki, bir müddət sonra sonra əsgərlər komandirin çağırışı ilə geri qayıdıblar. 20 əsgərin hamısı cəzalandırılaraq hərbi polisə təhvil verilib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində hadisə ilə bağlı məlumatları şərh edib. O, mətbuatda yayılan xəbərləri təkzib edərək qeyd edib ki, nizam-intizamı pozan bir neçə əsgər ayrıca geyimdən və menyudan istifadə etməklə və zabitləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstərib.

Onun sözlərinə görə, cəhdin qarşısı alınıb və əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib: "Artıq bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib".

Qeyd edək ki, Ermənistan ordusunda mütəmadi olaraq əsgərlər zabitlər tərəfindən təhqir olunaraq döyülür. Bunun nəticəsində düşmən ordusunda bir neçə əsgər intihar edib. Təkcə 2018-ci ildə Ermənistan ordusunda özünə qəsd hallarının sayı 21 olub. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 71-dir. Əgər bir əsgər öz canına qıyırsa, demək bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Eyni zamanda, əsgər-komandir inamsızlığı, etimadsızlığı mövcuddur və nizamnamədən kənar halların baş verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR