Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda fövqəladə hallar naziri Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər hadisə yerindədirlər.
Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Rəşad Tuncay