Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir (VİDEO)

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir (VİDEO)
11:15 26 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, hazırda Dakar dairəsində hərəkət normaldır: "Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahat şəkildə dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Qara Qarayev prospektinin B.Nuriyev küçəsi ilə kəsişməsinədək yolda da hərəkət normaldır".

O əlavə edib ki, Dakar dairəsindən metronun "Qara Qarayev" stansiyası istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, bundan əvvəl Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3037163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR