Bakı. Trend:

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub.

Trend-in məlumatına görə, qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin