İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var

İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var
18:17 26 Mart 2019
65 Dünya
Ölkə mətbuatı
A- A+

İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və "Green Card"a malikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/741756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR