"Skoda" "Octavia"nın yeni versiyasını təqdim edib

"Skoda" "Octavia"nın yeni versiyasını təqdim edib
06:17 27 Mart 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

"Skoda" şirkəti "Octavia"nın "Dynamic+" adlı yeni versiyasını təqdim edib.
Bu barədə "Report" "Autonews"a istinadən xəbər verir.
Sedan avtomobili Avropada alış üçün əlverişlidir. Yeni nəqliyyat vasitəsinin universal olduğu bildirilir. Bu modifikasiyanın hazırlanması ilə "RS Design" studiyası məşğul olub.
Müştərilərə 17 düymlük yüngül və yastı, və ya böyük - 18 düymlük təkərli disklərin dörd variant seçimi təklif edilir. Maşının salonunda idman avtomobillərinə məxsus formalı sükan, yeni oturacaqlar və s. quraşdırılıb.
"Skoda" 2019-cu ilin sonuna kimi "Octavia"nın yeni nəslini təqdim etməyi planlaşdırır. Məhz 2019-cu ildə model özünün 60 illik yubileyini qeyd edəcək. "Octavia"nın ilk buraxılışı 1959-cu ildə Mlada-Boleslav zavodunda reallaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/skoda-octavia-nin-yeni-versiyasini-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR