Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını daha 6 ay uzadıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert yazılı açıqlama verib. Onun sözlərinə görə, silah satışını dayandırmaq qərarı 30 sentyabr 2019-cu ilə qədər uzadılıb. Bundan əlavə, açıqlamada bildirilir ki, yeni müraciətlər də təsdiqlənməyəcək.

Qeyd edək ki, Almaniyada hökumətdə olan Xristian Birlik (CDU/ CSU) partiyası isə Sosial Demokrat Partiya (SPD) arasında, Səudiyyə Ərəbistanına tətbiq olunan silah ixrac qadağasının uzadılıb-uzadılmaması ilə bağlı fikir ayrılığı var idi. SPD ixrac qadağasının uzadılmasını tələb edirdi, CDU/CSU isə qadağanın nisbətən yumşaldılmasını istəyirdi.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçının cinayəti səbəbi ilə 5 ay əvvəl Səudiyyə Ərəbistanına silah ixracatını dayandırmaq qərarı verən alman hökuməti, bu qərarı sonuncu dəfə 31 marta qədər uzatmıştı.

Günay Elşadqızı / METBUAT.AZ