Meksikada yerləşən Popocatepetl yanardağında gecə boyunca davam edən hərəkətlilik qorxuya səbəb olub.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, paytaxt Meksika Citydə 6 bələdiyyə Popocatepetldə baş verən yeni partlayışlar üzündən püskürən 2.5 kilometrlik kül sütununun təhlükə ehtimalına qarşı xəbərdarlıq edib. Meteoroloji peyk vulkanın partlayış anını çəkərək, görüntüləri sosial mediada paylaşıb.
Videoda kraterdən sağa doğru çıxan küllərin peyk tərəfindən yaxalanan görüntüləri yer alıb.