Ekvador sahilində 6,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yerli vaxtla saat 07:04-də qeydə alınan yeraltı təkanların episentri Santa-Elena şəhərindən 27 kilometr şimalda, ocağı isə 18,5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.