Braziliya Qüdsdə diplomatik nümayəndəlik açıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz bildirib:
“Braziliya prezidenti Jair Bolsonaruya İsrailə səfəri zamanı Qüdsdəki diplomatik nümayəndəliyi açdığına görə təşəkkür edirəm”.
Katz, sosial mediada braziliyalı həmkarı Ernesto Araujo ilə fotosunu da paylaşıb.
Qeyd edək ki, ötən həftə açıqlamasında səfirliklərini Qüdsə köçürəcəkləri ilə bağlı məlumat verən Bolsonaru bildirib ki, Qüdsdə ticarət ofisi aça bilərlər.
İsrailin yerli mediasının xəbərinə görə, Bolsonarunun İsrailə səfəri üç gün davam edəcək.
Günay Elşadqızı / METBUAT.AZ