Perunun paytaxtı Lima yaxınlığında bir avtobusda çıxan yanğında 20 nəfər həyatını itirib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, yanğınsöndürmə departamentindən Luis Mejia yerli televiziya kanalına verdiyi açıqlamada avtobusun əsasən gəlir səviyyəsi aşağı olan şəxslərin istifadə etdiyi qeyri-rəsmi bir dayanacaqda durduğu zaman alovlandığı bildirilib.
Külə dönən avtobusda 20 nəfərin həyatını itirdiyini bildirən Mejia ölənlərdən çoxunun avtobusun ikinci mərtəbəsindəki sərnişinlər olduğu bildirilib.
Avtobusun şimal istiqamətində bir şəhərə hərəkət etməkdə olan şəhərlər arası bir avtobus olduğu və avtobusda yanğınsöndürmə balonlarının olmadığı açıqlanıb.
