"Ölümlə həyat arasında azadlığı, ədaləti və özünu axtaran məxluq​" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz şairə Rəbiqə Nazimqızıdır.

***

- Niyə varsan?

- Belə istədilər.

- Niyə yox olacaqsan?

- Belə istəyəcəklər.


- Niyə yazırsan?

- Özümə oxuyum deyə.


- Yaşamaq nədir?

- Hər şey.


- Ölüm nədir?

- Nə vaxtsa biləcəyim sirr.


- Ədalət nədir?

- Bumeranq prinsipi.


- Azadlıq nədir?

- Yalan.


- Yaradıcılıq nədir?

- Təsəlli.


- İnsan kimdir?

- Ölümlə həyat arasında azadlığı, ədaləti və özünu axtaran məxluq."


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı