"İnsan missiyasını unutmuş unutqan varlıqdır" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz vəkil Elvin Səlimovdur.


- Niyə varsan?

- Bəşəriyyətə lazım olduğum üçün.

- Niyə yox olacaqsan?

- Zənnimdə yox olmaq mövcud deyil. Sadəcə bədənin fiziki imkanlarının tükənməsi vardır.


- Niyə yazırsan?

- Oxusunlar deyə.


- Yaşamaq nədir?

- Sevmək sevilmək yaratmaq, inkişaf etmək.


- Ölüm nədir?

- Ruhla bədənin vidalaşması, Ruh və bədənin öz məkanlarına qayıdışı.


- Ədalət nədir?

- Həqiqətə əsaslanmaq.


- Azadlıq nədir?

- Maddiyata və dünya malına bağlı olmamaq.

- Yaradıcılıq nədir?

- Bəşəriyyətin inkişafı üçün yeni addım və imkanlar.


- İnsan kimdir?

- Bəşəriyyəti əbədi inkişafa aparan seçilmiş varlıq, eyni zamanda missiyasını unutmuş unutqan varlıq.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı