"Ölüm yerin cazibəsinə uduzmaqdır" - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz şair Eminquey Akifdir.

***

- Niyə varsan?

- Var olduğumu sübut etmək üçün.

- Niyə yox olacaqsan?

- Yox olmayacam, sadəcə toxunulmaz olacam.


- Niyə yazırsan?

- Daha yaxşı danışmaq üçün.


- Yaşamaq nədir?

- Aid olduğun yerdə olmaq.


- Ölüm nədir?

- Yerin cazibə qüvvəsinə uduzmaq.

- Ədalət nədir?

- Sən tərəfdən baxanda 6, mən tərəfdən baxanda 9.


- Azadlıq nədir?

- Səndən mənə qədər olan məsafənin tən ortası.

- Yaradıcılıq nədir?

- Müşahidə edib işarələri açmaq, özünküləşdirmək və onu insanlara həzm etdirmək.


- İnsan kimdir? - Torpağın “fəst fud”u.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı