"Report" xəbər verir ki, argentinalının sözlərinİ "Reuters" agentliyi sitat gətirib.
"Bütün futbol aləmi bilir ki, FİFA-da tamamilə özbaşnalıqdır, Blatter isə bu barədə tamamilə xəbərsizdir. Məhz buna görə mən, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm", - deyə Maradona bildirib.
FİFA prezidenti postuna seçkilər mayın 29-da FİFA-nın Sürixdə keçiriləcək konqresində baş tutacaq. Əl-Hüseyn ilə yanaşı FİFA prezidenti postuna Niderland Futbol İttifaqının rəhbəri Mixael van Praq və keçmiş portuqaliyalı futbolçu Luiş Fiqu idda edir.