İslandiyanın Jökulsarlon gölündə turistlərin buzlaqları heyranlıqla izlədiyi zaman göləmədiyi bir hadisə ilə qarşılaşıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, böyük bir buz kütləsi gölə düşərək yaratdığı nəhəng dalğalarla turistlərin həyatını təhlükəyə atıb. Dalğaların üstlərinə gəldiyini görən turistlər qaçaraq sahildən uzaqlaşıb.
Həmin anları kameraya çəkən tur rəhbəri isə “ bu qış boyunca gördüyüm ən böyük qırılma idi” deyə bildirib. Havalar isindikdə buzlaqlarda tez-tez qırılmalar baş verir.