ABŞ, İraqdan Suriyaya, YPG/PKK terror təşkilatının işğalı altındakı əraziyə 100-ə yaxın tır göndərib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə tırlar Suriya sərhədinə girib. Yerli mənbələr bildirib ki, tırlarda silahların və döyüş sursatlarının olub-olmadığı bilinmir.

Qeyd edək ki, ABŞ fevralın əvvəlində və sonunda da iki dəfə, təxminən 300 tırı İraq sərhədindən YPG/PKK-nın işğalındakı bölgəyə göndərib.

Günay Elşadqızı / METBUAT.AZ