Böyük Britaniya parlamentində qeydi-adi etiraz aksiyası keçirilib. Bir qrup şəxs parlamentin iclas zalına daxil olaraq yarıçılpaq şəkildə rəqs edib.
Metbuat.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə "Brexit" müzakirələri zaman baş verib.
İqlim dəyişikliyinə diqqət çəkməyə çalışan 11 nəfərlik qrupun qadın və kişi üzvləri soyunaraq rəqs etməyə başlayıblar. Deputatlar etiraz aksiyasına gülərək reaksiya veriblər. Saxlanılan etirazçılar daha sonra sərbəst buraxılıblar. 


