Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın səfərinin məqsədi Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılışında və Türkiyə-Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) iclasında iştirak etməkdir.
Səfər çərçivəsində Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Dövlət başçıları Türkiyə-Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının iclasından sonra Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılışı üçün “Bolşoy Teatr”da “Troya” operasını izləyəcəklər.
Qeyd edək ki, bu görüş iki liderin 2019-cu ildə üçüncü görüşü olacaq.
Günay Elşadqızı / METBUAT.AZ