Yasamal rayonunda bu küçə təmir olunur

Yasamal rayonunda bu küçə təmir olunur
12:29 5 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhərində yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, bu cür küçələrdən biri də Yasamal rayonu Süleyman Dadaşov küçəsinin bir hissəsidir.
 
Xəbərə görə, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.
 
Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsası bərkidilir, yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına isə yeni səki daşları düzülür.
 
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.
 
Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
 
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR