​Hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta İnternat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib.

Metbuat.az xəbər verir ki, tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak edib.

Natiqlər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan ediblər. Fuad Əliyev baş idarənin fəaliyyəti istiqqməti və görülən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda DİN-nin insan alveri qurbanlarına kömək fondu və insan alveri qurbanlarının sığnacağı haqqında danışıb.

Ramiz Alıyev isə vətəndaş cəmiyyətinin bu yöndə apardığı fəaliyyət barəsində, görülən işlər haqqında çıxış edib, eyni zamanda cənab Prezident tərəfindən təyin olunan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında məlumat verib və Milli Koordinatorun bu cinayət növü ilə bağlı qətiyyət nümayiş etdirməsini xüsusi vurğulayıb.

Natiq çıxışı zamanı bildirib ki, “hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”.

Tədbir sual cavab ilə davam edib və sonda DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi tədbir iştirakçılarına nümayiş olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR