Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.
Metbuat.az-ın məlumatına görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir. Səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirak edəcəyi tədbirdə nümayəndəliklərin yerləşdikləri ölkələr üzrə fəaliyyətləri və strategiyaları haqqında təqdimat keçirilib.
Xatırladaq ki, 2018-ci ilin dekabrından Almaniyanın Münhen, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.
Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) da təqdimatı da keçirilib.
Təqdimatı edən Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri və "Bakı Kart" layihəsinin direktoru Rüfət Bağırov bildirib ki, “BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.
Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.
Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir.
Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.
Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksional imkanlar tanıyaraq Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.
Günay Elşadqızı / METBUAT.AZ
Xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib -
Həmçinin oxu
Alyona Əliyeva paylaşım etdi - FOTO
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
"Qarabağ" - "Neftçi" matçından sonra nə baş verib? - VİDEO
Trampdan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev alman və azərbaycanlıların birgəyaşayış tarixindən bəhs edən filmi paylaşdı
“Qarabağ” - “Neftçi” oyunundakı insidentə görə 19 nəfər saxlanıldı
Layihələr
Son xəbərlər
Lökbatanda anbarda yanğın oldu
Bu gün
·
12:22
Bu ölkədə helikopter qəzası oldu
Bu gün
·
11:58
TDT-dən Azərbaycana təbrik
Bu gün
·
11:45
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Bu gün
·
11:36
Alyona Əliyeva paylaşım etdi - FOTO
Bu gün
·
11:17
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Bu gün
·
11:12
AQEM-in Bakı zirvəsi: Siyasi nüfuzdan iqtisadi nəticələrə doğru - ŞƏRH
Bu gün
·
10:48
Bu 3 bürcün həyatında yeni dövr başlayır
Bu gün
·
10:45
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Bu gün
·
10:15
50 yaşlı kişi faciəvi şəkildə öldü - FOTO
Bu gün
·
09:50
Rusiyaya qarşı sanksiyalarla bağlı qərar dünyaya fayda verəcək - Tramp
Bu gün
·
09:50
Premyer Liqa: Daha iki komanda qarşılaşır
Bu gün
·
09:30
Xırdalanda obyekt yandı
Bu gün
·
09:15
XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik
Bu gün
·
09:08
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi əbədi olsun
Bu gün
·
09:02