"Mançester Yunayted"in yay transfer planı -

"Mançester Yunayted" yayda heyətinə 6 futbolçu cəlb etməyi planlaşdırır.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Ole-Qunnar komandanın sabiq çalışdırıcısı Ser Aleks Fergüsson kimi heyətdə ingilis futbolçuların sayını çoxaltmaq istəyir.

Buna görə də "qırmızı şeytanlar" "Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissaku, "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceyndon Sanço, "Çelsi"nin hücumçusu Kallum Xodson-Odoy, "Real"ın müdafiəçisi Rafael Varan və "Atletiko"nun yarımmüdafiəçisi Saul Niqesi transfer etmək istəyir.

Xatırladaq ki, Britaniya mətbuatı yayda "mankunyanlar"ın 6 futbolçu - Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmianla yolları ayıracağını da yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR