Yunanıstanda miqrantlar dəmir yollarının

Yunanıstanda miqrantlar dəmir yollarının hərəkətini dayandırıb.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Yunanıstanda polis və miqrantlar arasında çəkişmələr baş verib. Belə ki, Şimali Makedoniyaya getmək istəyən miqrantlar Şimali Makedoniya ilə Yunanıstanın sərhədinin açılması ilə bağlı yalan xəbəri eşidərək Salonikidə yerləşən “Diabata” qaçqın düşərgəsində polislərlə mübahisə edib, daş atıblar.

Eyni zamanda, qaçqınlar “Larisa” stansiyasında dəmir yolunu bağlayaraq polislə qarşıdurmaya giriblər. Polislər miqrantlara qarşı gözyaşardıcı qazlardan istifadə edib, onlardan bəzilərini isə həbs edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR