Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir

Bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsi təklif edilir
10:50 6 Aprel 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, Azətbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub: "Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".

Komitə sədri əlavə edib ki, bu sahədə çox mühüm sənədlərin hazırlanması və qəbul olunması nəzərdə tutulur: "Bu gün Azərbaycanda təhsil, tibb, istirahət və digər xidmətlərin əlçatan olması üçün ciddi islahatlar aparılır. Azərbaycanda dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün hər cür şərait yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır".

H.Hüseynova, həmçinin bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib: "Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər. Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR