Türkiyə vətəndaşı Göygöldə öldü

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.

İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmaya başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı