Kamerun qəbilələrindən birinin başçısının oğlu, şahzadə Jan-Lui Binqna Meksikanın Alapulko şəhərində qəzaya uğrayıb.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, şahzadənin idarə etdiyi avtomobil tuneldən çıxarkən idarəetməni itirib və aşıb.
Hadisə nəticəsində avtomobildə olan iki nəfər xəsarət alıb. Şahzadənin vəziyyəti barədə məlumat verilmir.