DİN-dən əməliyyat: borca görə 4 nəfər saxlanıldı

DİN-dən əməliyyat: borca görə 4 nəfər saxlanıldı
12:24 6 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 5-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 27 cinayətin üstü açılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.   
 
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR