"Erməni vandaliziminə qarşı birgə mübarizə yollarına doğru" adlı konfrans keçirilib -

Aprelin 4-də İstanbul Medipol Universitetində erməni şovinistlərinin azərbaycanlılara qarşı torədikləri “31 mart soyqırımı hadisələri və Türkiyə Azərbaycanın bu yöndə dünyaya diaspora fəaliyyətinin genişləndirilməsi və erməni vandaliziminə qarşı birgə mübarizə yollarına doğru” adlı konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, konfransda İstanbul Aydın Universitetinin Sosyal Fənlər Fakultəsinin Müdürü professor Ragıb Kutay Karaca, beynəlxalg münasibətlər üzrə ekspert-politoloq Ramiyə Məmmədova, Azərbaycan Yazıçılar Birliyin üzvü Gabil Ədalət, Sağlık Bilimləri Universitetinin Tələbə Birliyinin Başcısı Hazar Döş, AGİH Basçısı Jurnalist Rəşad Rza, Medipol Universitetinin tələbəri və digər şəxslər iştirak ediblər.

Çıxış edən Ragıb Kutay Karaca Türkiyə Ermənistan münasibətlərini geniş izah edib və Türkiyənin hər zaman Azərbaycan gardaş dövlətinə dəstək verdiyini bildirərək yalnız sərhədləri bağlamaqla deyil, bu işdə yəni Azərbaycanın işgal olunmuş torpaglarının azad olunması məsəsləsində Türkiyə dövləti bir başa iştirak etmələrini bildirib.

Politoloq Ramiyə Məmmədova isə çıxışında “Erməni siyasi idelogiyası” mövzusunda, ermənilərin öz tarixlərinin saxtalaşdırıqlarını, heç bir zaman Ermənistan dövlətinin nə tarixinin nə də elə dövlətin olmadığını, bu tayfanın sonralar Rusiya carı tərəfindən Azərbaycan torpaqlarına necə köçürüldüklərini, erməni millətinin türklərə qarşı olan nifrətinin, ermənilərin “Böyük Ermənistan” ideologiyasının həyata keçirmək niyyətilə və ermənilərin Türkiyə dövlətinin qarşısında tab gətirmədikləri ücün Moskvanın yardımı digər türk dövləti Azərbaycana qarşı işgalçı siyasətinin yürütməsi barədə geniş məlumat verib.

Yazar Rəşad Rza isə erməni terrorizmindən və bu terrorizmin bugün deyil daha gədim zamanlardan bəri başlandığını və türk soylu millətlərin bu terrorizmin gurbanları oldugu hagda məruzə edib.

Sonra konfransda iştirak edən tələbərin bu mövzular barədə suallarına Ragıb Kutay Karaca və Ramiyə Məmmədova cavab veriblər.

Anım mərasimində ictimai təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm xadimləri, yazıçılar, mətbuat nümayəndələri, AGİH-in fəalları , və tələbələr iştirak edib.

Tədbirin sonunda 31 Mart Soyqrımını əks etdirən rəsmlər sərgilənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR