Azərbaycan millisinin qapıçısı Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib
14:57 6 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubunun heyətində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqada IV turun "Aktobe" ilə ev matçında forma geyinib. Görüş "Tobol"un qələbəsi ilə yekunlaşıb - 2:1. Sonadək meydanda olan Balayev 89-cu dəqiqədə qapısından top buraxıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Tobol" 2-ci pillədə qalıb. Kostanay təmsilçisi 9 qol vurduğu halda qapısından cəmi 2 top buraxıb. Turnir cədvəlinə eyni xala malik "Astana" başçılıq edir.
Qeyd edək ki, Emil Balayev "Tobol"a qışda "Səbail" klubundan keçib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-qapicisi-qazaxistan-premyer-liqasinda-novbeti-oyununu-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR