Türkiyənin Amasya şəhərində həbsxanadan qaçan Atilla K. məscidə gedib. Lakin məsciddə polis tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, onun arxasında namaz qılan şəxs isə polis əməkdaşı olub.
Polis Harun Şahin məhkumu arxadan görən kimi tanıyıb. Dərhal məsciddəki digər polis əməkdaşlarına xəbər verib. Onlar da məscidin çıxışında gözləyib. 14 müxtəlif maddə ilə ittiham edilən məhkum məsciddən çıxarkən saxlanılıb. Həbsxanaya yerləşdirilib.