Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi

Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi
18:22 6 Aprel 2019
159 Dünya
Ölkə mətbuatı
A- A+

Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" televiziyası məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.

Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.

Hücumdan dərhal sonra Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Hökumətinin nümayəndələri Tunisə qaçıblar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR