Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib

Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib
04:12 7 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
"Report"un məlumatına görə, bu barədə "Khaama Press" xəbər verib.
Xəbərdə bildirilir ki, əməliyyat ölkənin şərqində, Nanqarhar əyalətində təşkil olunub. Hojani ərazisində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olan azı 70 döyüşçü zərərsizləşdirilib.
Məlumata görə, əməliyyat zamanı həmçinin terrorçuların silah anbarı da məhv edilib.
Qeyd edək ki, dünən Əfqanıstanda törədilən partlayışlar nəticəsində azı 2 nəfər ölüb, 20 nəfərədək insan xəsarət alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-emeliyyat-zamani-i-si-d-in-70-silahlisi-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR