“Space”-də söyüşlə mahnı oxundu -

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.

Metbuat.az xəbər verir ki, bu barədə report-a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, televiziyanın cərimələnməsinə səbəb efirdə ədəbsiz sözlərin yayımlanması olub: “ “Space TV”nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasi ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib”.

Qeyd edək ki, "Space” telekanalının "Hər Səhər” verilişində səslərinin efirə getmədiyini düşünən Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı və söyüş dolu ifadələr işlədiblər. Müğənni Rüfət Axundov sosial şəbəkədə video ilə bağlı açıqlama verərək, görüntülərin montaj edilidiyini deyib. Və son olaraq bildirib ki, efirdə elə bir hadisə baş verməyib.

BUNA DA BAX


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR