Hakim bir yumruqla futbolçunu nokauta saldı - FOTO

Hollandiyanın aşağı liqasında hakim futbolçunu vurub.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, hadisə VV UNO - "Geel-Wit" matçında baş verib.

İki komandanın futbolçuları arasında bir epizoddan sonra mübahisə düşüb. Olay getdikcə böyüməyə başlayıb. Bu zaman meydana daxil olan 34 yaşlı yan xətt hakimi Lennert Bohmer VV UNO komandasının qapıçısını yumruqla vurub. Zərbənin təsirindən yerə yıxılan və huşunu itirən qolkiper ambulansla xəstəxanaya aparılıb.

Hadisədən sonra polis Lennert Bohmeri həbs edib. Məlum olub ki, ədalət təmsilçisi əvvəllər "SV Geel-Wit"də çıxış edib və daha sonra isə klubun akademiyasında komitə rəhbəri olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR