“Space”dəki biabırçılığa görə iki nəfər işdən

“Space” TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlədildiyi üçün iki nəfər işdən çıxarılıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.

O bildirib ki, onlardan biri verilişin aparıcısı Anar Vaqifoğlu, digəri isə verilişin səs rejissorudur.

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” telekanalını səkkiz min manat cərimələyib.

Buna səbəb müğənni Rüfət Axundovun “Space” TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlətməsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR