Cenevrədə "Münaqişə zonalarında qeyri-qanuni fəaliyyətlərin insan hüquqlarına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cenevrədə "Münaqişə zonalarında qeyri-qanuni fəaliyyətlərin insan hüquqlarına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
16:15 8 Aprel 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprelin 9-da Cenevrədə BMT-nin mənzil-qərargahında Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında Nümayəndəliyi və BMT-nin Sülh Universitetinin birgə təşkilatçılığı ilə "Münaqişə zonalarında qeyri-qanuni fəaliyyətlərin insan hüquqlarına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Trend-in Nümayəndəliyin saytına istinadən məlumatına görə, konfransda açılış nitqi ilə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edəcək.

Bu ilin martında Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda konfrans keçirilib.

Həmçinin, Azərkosmosun təqdim etdiyi materiallar əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri sübut edən hesabat təqdim olunub. olmasa bunu Nümayəndəliyimizin xəbər kimi verərdik

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3043263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR