Aygün möhtəşəm ifası ilə “O səs Türkiyə”də finala çıxdı (VİDEO)

Aygün möhtəşəm ifası ilə “O səs Türkiyə”də finala çıxdı (VİDEO)
02:21 15 Yanvar 2015
512 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti qarşılıqlı duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı “birə bir” mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün İsmayılova Miyak türkiyəli iştirakçı Büşra Karahan ilə mübarizə aparıb.

MFÖ qrupunun üzvləri Mazhar-Özkan cütlüyünün komandasında yer alan duel iştirakçıları ayrı-ayrılıqda solo çıxışlar ediblər. İlk olaraq türkiyəli iştirakçı Maykl Ceksonun “The Way You Make Me Feel” mahnısını ifa edib. Daha sonra həmyerlimiz səhnədə öz yerini alıb. O, Skank Anansinin “Charlie Big Potato” mahnısını ifa edərək zaldakı tamaşaçıları və münsifləri coşdurub.

Münsiflərin hər biri öz növbəsində Aygünün möhtəşəm səsə malik olduğunu, ifası ilə hamını başqa bir aləmə apardığını qeyd ediblər.

“O Səs Türkiyə”də ilk çıxışında və duel mərhələsində münsiflərdən “Hə” cavabı alan Aygün bu dəfə də bəyənilib.

Sonda seçim edən Mazhar-Özkan cütlüyü qrupda yolunu Aygünlə davam etdirmək istədiyini söyləyib və beləliklə o, finala çıxmaq hüququ qazanıb.

Xatırladaq ki, 2013-cü ildə Türkiyə vətəndaşı Haluk Miyakla ailə quran Aygün İsmayılova 23 avqustda ilk övladını dünyaya gətirib. Müğənninin ailəsi dueldə Aygünə dəstək üçün gələn tamaşaçılar arasında olub.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR