Bakıda nəqliyyat vasitəsini qaçıran şəxs həmin avtomobillə birgə saxlanılıb

Bakıda nəqliyyat vasitəsini qaçıran şəxs həmin avtomobillə birgə saxlanılıb
11:12 9 Aprel 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda nəqliyyat vasitəsini qaçıran şəxs həmin avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 8-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta saatlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
5-ci Polis Bölməsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.
Araşdırmalar aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-neqliyyat-vasitesini-qaciran-sexs-hemin-avtomobille-birge-saxla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR